Səhər saatlarımda Bakıda ərzaq mağazaı yanıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 320 m2 olan ikimərtəbəli 7 otaqlı evin 1-ci mərtəbəsində ümumi sahəsi 110 m2 olan ərzaq mağazasının yanar konstruksiyaları yanıb.
Ev yanğından mühafizə olunub. Yanğın saat 06:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.