Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin əməkdaşları narkotik qaçaqmalçılığının qarşısını alıblar.
Komitədən Teleqraf.com-a verilən məlumata görə, İdarənin sərnişin-nəqliyyat şöbəsində İrandan Azərbaycana minik avtomobili ilə gələn Türkiyə vətəndaşı kinoloji xidmət iti tətbiq olunmaqla keçirilən gömrük nəzarəti zamanı itin reaksiyasına əsasən saxlanılıb.
Avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin yük üçün nəzərdə tutulmuş hissəsindəki alətlər dəstinin yerləşdiyi yeşikdə bir ədəd bağlamada xalis çəkisi 7,292 qram təşkil edən narkotik vasitə - tiryək aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
İlhamə ƏBÜLFƏT