29 Mart 2017 11:40
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov, “Təmir Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliiyev və "Optik Qurğular" İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com-un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə Bayram Vəliyevin vəkili bildirib ki, müdafiə etdiyi şəxs əməliyyat olunub. Vəkil qeyd edib ki, onunn bel sümüklərində yırtıq əmələ gəlmişdi: "Məhkəməyə təşəkkür edirik, əməliyyata şərait yaradılıb. Məhkəməyə gətirilsə də, onun zala gətirilməsi mümkün olmayıb. Bayram Vəliyevin ağrıları var, prosesdə iştirak edə bilmir. Onun sağalması üçün məhkəmənin bir həftə təxirə salınmasını xahiş edirik".

Vəkilin xahişi nəzərə alınıb. Məhkəmə aprelin 5-dək təxirə salınıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər