Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini öldürməkdə təqsirli bilinən Valentina Flimonovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı aprelin 4-ə təyin edilib.
İttihama görə, ötən il avqustun 14-də Sabunçu rayonunun Bilgəh qəsəbəsində yaşayan Valentina Flimonova evində qeyri-rəsmi nikah münasibətlərində olduğu Nikolay Orlova bıçaqla xəsarət yetirib. NikolayOrlov hadisə yerində ölüb.
Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Valentina Filimonova tutulub. Valentina Flimonova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.
Hacı Zeynalov