31 Mart 2017 17:36
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 5-də və 26-da Nardaran qəsəbəsində baş verən hadisələrlə bağlı həbs edilən “Müsəlman Birliyi” təşkilatının sədri Taleh Bağırovun müavini Elçin Qasımov, Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Ramil Ələkbərov ifadə verib.

O, bildirib ki, 2015-ci il noyabrın 5-də futbol tədbirində olan zaman Sabunçu rayon Polis İdarəsinin qarşısına getmək əmri verilib: “Biz də polis idarəsinin qarşısına getdik, ora bir qrup Naradarn sakini toplaşmışdı. Onların əllərində daş və taxta parçaları vardı. Polisə daş atırdılar”.

Ramil Ələkbərov qeyd edib ki, həmin vaxt həyəcan keçirib və özündə olan qandalı itib.

Digər polis əməkdaşı Xəyyam Camalov bildirib ki, hadisə zamanı xəsarət alıb. Zərərçəkmiş Yaqub Abbaslı isə deyib ki, həmin hadisə zamanı dəyənəyi və qalxanı çatlayıb.

Proses aprelin 7-də davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər