5 Aprel 2017 01:39
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda 32 yaşlı qadın döyülüb.

"Report" xəbər verir ki, hadisə Pirşağı qəsəbəsi, Yeni sahə adlanan yerdə baş verib.
Belə ki, 1985-ci il təvəllüdlü Paşayeva Könül Vahid qızı evində naməlum şəraitdə döyülüb.

O, ağır bədən xəsarətləri alaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsində araşdırma aparılır. Qadının vəziyyəti ağır olduğundan, onu dindirmək mümkün olmayıb.


Müəllif:

Oxşar xəbərlər