7 Aprel 2017 09:03
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayonu, Zəhmətabad kəndində yanğın qeydə alınıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Biləsuvar rayonu, Zəhmətabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Yağmur Mahir qızı Abbasovanın yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 01:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif:

Oxşar xəbərlər