Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində yoxlama aparılıb.
DGK-dan Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı vətəndaşın şalvarının cibində 3 ədəd metadon adlı həb aşkar olunub.
Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və aşkar olunan 3 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.
İlhamə ƏBÜLFƏT