11 Aprel 2017 20:28
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunda intihar hadisəsi olub.

Hadisə bu gün saat 18:00 radələrində İsmayıllı şəhərinin ərazisində salınan “Qarabağ” məcburi köçkün qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1957-ci il təvəllüdlü Vəliyeva Sənubər Mustafa qızı yaşadığı evin həyətindəki hamamda özünü kəndirlə asaraq intihar edib. Qadının özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

/APA/


Müəllif:

Oxşar xəbərlər