Ağcabədi rayonunda qətl hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, rayon sakini Ərəstun İsgəndərov yaşadığı evdə qısqançlıq zəminində arvadı Laləni bıçaqla qətlə yetirib. Cinayəti törədən Ərəstun İsgəndərov könüllü olaraq Ağcabədi rayon Polis Şöbəsinə gələrək təslim olub.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov