19 Aprel 2017 11:41
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını boğaraq öldürməkdə təqsirləndirilən Rafael Yolçuyevin cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, qətl hadisəsi bu ilin yanvar ayında Şamaxıda baş verib.

1977-ci il təvəllüdlü rayon sakini Rafael Yolçuyev ailə münaqişəsi zəminində 1981-ci il təvəllüdlü bacısı Yasəmən Arzuxanovanı boğaraq öldürüb.

Ailəli olan Yasəmən Arzuxanova həyat yoldaşı ilə mübahisə etdikdən sonra Bakıya gəlib. Bundan qəzəblənən Rafael Yolçuyev bacısını Bakıdan Şamaxıya apararaq qətlə yetirib və polisə könüllü təslim olub.

Hakim Əfqan Hacıyev keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı aprelin 21-ə təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər