3 May 2017 23:39
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Asif Pirəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Asif Pirəliyev 9 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Asif Pirəliyev İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) məxsus evləri ondan xəbərsiz satmaqda və tikinti sahəsində bir neçə dələduzluq əməlində təqsirli bilinib.

Asif Pirəliyev İsfəndiyar Axundovun yaxın adamı Əliyev Heydərlə birlikdə "Şərur" MMC-nin Xətai rayonu, Xudu Məmmədov küçəsində inşa etdiyi binada olan bir neçə evi satıb. İsfəndiyar Axundovun şikayəti ilə hər iki şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Cinayət işində İsfəndiyar Axundova ümumilkdə 1 milyon 900 min manat dəyərində ziyan dəydiyi göstərilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər