5 May 2017 20:42
2 482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həyat yoldaşını öldürməkdə təqsirli bilinən Qazax rayon sakini, 1984-cü il təvəllüdlü Ramin Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Ramin Qurbanov bundan əvvəldə məhkumluq həyatı yaşayıb. O, Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə təqsirli bilinib və 2009-cu ildə Ağstafa rayon Məhkəməsinin hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xəyanət

Həbsdən çıxan Ramin Qurbanov həyat yoldaşı Dilbazi Qurbanovun ona xəyanət etməsini. “Nadir” adlı şəxslə intim münasibətdə olmasından şübhələnib. Bu səbəbdən Ramin Qurbanov arvadından evdən çölə çıxmamasını tələb edib. Buna görə də ər-arvad arasında dəfələrlə mübahisə yaranıb.

Dilbazi Qurbanova ərinin bu tələblərindən bezib və sərbəst yaşamaq istəyində olub. Buna görə də o, qətl hadisədən bir neçə gün əvvəl Ramindən ayrılaraq “Həzi Aslanov” metrostansiyası yaxınlığında, Xətai rayonu, M.Hadi küçəsi, ev 72, mənzil 39 ünvanında kirayədə yaşamağa başlayıb.

Ər-arvadını mübahisəsi

Ramin Qurbanov həyat yoldaşının kirayədə yaşadığı ünvanı öyrənib. O, 16 iyun 2014-cü il tarixdə, saat 12 radələrində həmin ünvana gəlib.

Bu zaman Ramin Qurbanov orada mənzilin giriş qapısının yanında dayanıb və qapının açılmasını gözləyib. Qapı açıldığı zaman isə cəld mənzilə girib. O. mənzildə Dilbazi ilə yanaşı uşaqları, Dilbazinin əmisi qızı Səfa və rəfiqəsi Gülər Nuriyevanın da olduğunu görüb.

Telefonda tapılan mesajlar

Daha sonra Ramin Qurbanov Dilbazi Qurbanovanı qucaqlayaraq hər şeyi unutmağa və yenidən barışmağa çağırıb. Lakin Dilbazi onun rədd cavabını aldıqdan sonra ondan daha əvvəldən xəyanət etməsi barədə şübhələndiyi “Nadir” adlı şəxslə danışıb-danışmadığını soruşub. O, Dilbazidən “Nadir”lə əlaqə saxlamadığını eşidib.

Ramin Qurbanov onun dediklərini yoxlamaq məqsədilə otağa keçib və oradakı masanın üzərində olan mobil telefonu götürüb. O, telefona daxil olan və çıxan zənglərə baxıb.

Qətl

Bu zaman Dilbazi Qurbanovanın Nadir Qədimovla həmin gün mobil telefonda danışdıqlarını görüb. Ramin Dilbazinin ona yalan danışdığı üçün xəyanət etməsindən əmin olub.

Ramin Qurbanov Dilbazini azyaşlı uşaqları – Emin Qurbanov, Mehin Qurbanovanın və əmisi qızı Səfa Kərimovanın gözü qarısında öldürmək qərarına gəlib. Ramin Qurbanov Dilbazini özü ilə gətirdiyi bıçaqla çoxsaylı xəsarətlər yetirib. Dilbazi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Ramin Qurbanov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib.

Cəza: 15 il

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Qurbanov 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib və cəzasının yüngülləşdirilməsini istəyib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan Ramin Qurbanov kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin kasasiya şikayətinin dəlilləri araşdırılıb. Hakim heyəti onun kasasiya şikayətini təmin etməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər