Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxs qismində Fizuli Xurşudov ifadə verib.
Bildirib ki, onu MTN- dəvət edib sorğu-sual ediblər, çay veriblər, yemək təklif ediblər: “Mənə təzyiq olmayıb. Təqsirləndirilən şəxslərdən şikayətim yoxdur”.
Digər zərərçəkmiş Zabil Salmanov da təqsirləndirilən şəxslərdən şikayəti olmadığını deyib.
Prosesdə Zabil Salamov müdafiə tərəfinin sualların çoxuna cavan verməyib və kobudluq edib. Buna görə də hakim Zabil Salamova xəbərdarlıq edib.
Proses mayın 16-da davam edəcək.
Hacı Zeynalov