Teleqraf.com xəbər verir ki, Qala qəsəbə sakini, 1974-cü il təvəllüdlü Rövşən Abıyev naməlum şəraitdə bıçaqlanıb.
Ağır vəziyyətdə xəstəxanaya gətirilən yaralıya vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Rövşən Abıyevi dindirmək mümkün olmayıb. Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil.
Hazırda polis əməkdaşları Rövşən Abıyevi bıçaqlayan şəxs və ya şəxslərin müəyyən edilərək həbs edilməsi üçün tədbir görür.
Faktla bağlı cinayət işi başlanıb.