23 May 2017 15:55
1 271
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Kamerun vətəndaşı Vambo Aurelienin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Rahib Salmanov sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Vambo Aurelie Bakı şəhər sakini Məmməd Məmmədova qarşı dələduzluqda təqdirləndirilir.

Kamerun vətəndaşı olan Vambo Aurelie Məmməd Məmmədovdan dollar alaraq kimyəvi üsullarla həmin məbləği iki qatını çevirərək ona qaytaracağını deyib. O, bu məqəsdlə də əvvəlcə Məmməd Məmmədovdan 100 dollar alıb. Həmin məbləği 200 dollar edərək qaytarıb. Növbəti dəfə 2400 dollar alıb. Ancaq bu dəfə vədinə əməl etməyib.

Daha sonra Məmməd Məmmədov kamerunlu “sehirbaz”a 20 min dollar verib, 40 min dollar etməsini istəyib. Vambo Aurelie Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının əməliyyatı zamanı həbs edilib.

Məhkəmədə Vambo Aurelieyə fransız dilində ittiham aktı verilib və o, tərcüməçi ilə təmin edilib. Kamerun vətəndaşı ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilməyib.

Onun sözlərinə görə, zərərçəkmiş kimi tanınan Məmməd Məmmədovu əvvəlcədən tanıyıb və onun mənzilində kirayədə yaşayıb. O, zərərçəkmişdən pul almadığını deyib: “Pulu mən yox, Luma Kables alıb. O da Kamerun vətəndaşıdır. Məmməd pulu Lumaya verib. Luma yanvarda Bakıdan getdi. Onunla əlaqə saxlamaq mümkün olmadı. Mən biz Bakıda həmyerli kimi tanış olmuşduq. Mənə 20 min dollar da verilməyib. İttihamda yazılanları mən etməmişəm. Anam bu xəbəri eşidəndən sonra dünyasını dəyişdi. 4 yaşında övladım var”.

Növbəti proses iyunun 5-də davam edəcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər