25 May 2017 11:40
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonu ərazisindəki parklardan birində qeydə alınıb.

4 naməlum şəxs parkda gəzən Göyçay rayon sakini Rüstəm Mehdiyevi bıçaqla hədələyib. Onlar Rüstəm Mehdiyevdən mobil telefonunu və spinnerini alıblar.

Zərərçəkmiş hadisə ilə bağlı polisə məlumat verib. Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakinləri Elvin Əliyev, Fərid Dövlətov, İmişli rayon sakinləri Müşfiq Həsənov və qardaşı Pərviz müəyyən edilərək tutulublar.

Məlum olub ki, Müşfiq Həsənov əvvəllər məhkumluq həyatı yaşayıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər