Teleqraf.com xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Namiq Quliyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum) maddəsi tətbiq olunub və ona şərti cəza verilib.
Namiq Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, prokuror Namiq Quliyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttihama görə, Namiq Quliyev gəmilərin layihələşdirilməsi, inşası, yenidən qurulması, təmiri və sair xidmətlər üzrə fəaliyyət göstərən “Texmarin Limited” MMC-nin direktoru Arif Həsənova qarşı dələduzluq edib. Arif Həsənov “MTN işi”ndə də zərəçəkmişdi.
Məlum olub ki, Akif Çovdarov və adamları Arif Həsənovu müflis edərkən, Namiq Quliyev onu bu vəziyyətdən qurtarmağa söz verib. Buna görə Arif Həsənovdan 87 min dollar alıb.
Namiq Quliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşı Nazir Quliyevin qardaşıdır.