4 İyun 2017 01:59
1 348
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulun Məndərəs küçəsinə ağ avtomobillə gələn bir qrup silahlı şəxs başqa bir qrupun üzvlərinə Kalaşnikov avtomatlarından atəş açıb.

Teleqraf.com-un "Hurriyət"ə istinadən xəbərinə görə, qarşı tərəf də Kalaşnikovlardan cavab atəşi açıb.

Atışma zamanı Birol Çakar adlı mafiya lideri öldürülüb, 7 nəfər isə yaralanıb.

Qarşıdurma zamanı Sarallar qrupunun Sədat Şahin və Şirinlər qrupları ilə üz-üzə gəldiyi bildirilir.


Güngören'de silahlı saldırı: Ölü ve yaralılar var by abcgazetesi


Müəllif: Teleqraf.com