15 İyun 2017 19:04
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Poladlı kəndindəki evlərdən birindən 4450 ABŞ dolları və 260 manat pul, habelə qızıl əşyalar oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin kənd sakini Cavid Quliyev tutulub.

Onun əvvəllərdə məhkum olunduğu bildirilir.


Müəllif: Hacı Zeynalov