Teleqraf.com xəbər verir ki, hadisə rayonun İmran Qasımov küçəsi ev 7, mənzil 5 ünvanında qeydə alınıb.
Həmin ünvanda Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Malik Həsənov evində olan qonağı, 1951-ci il təvəllüdlü Zakir Səlimovu döyərək öldürüb.
Məlumata görə, hadisədən əvvəl onlar yeyib-içiblər. Sonra aralarında mübahisə yaranıb. Mübahisə sonda qətllə nəticələnib.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.