5 İyul 2017 11:33
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Qarabağlı kənd sakini, 49 yaşlı Könül Rəhmanova evində bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Məlumata görə, Könül Rəhimovanını qızının əri iyulun 4-də onlara gəlib. Ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı kürəkən bıçağa əl atmalı olub.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər