6 İyul 2017 10:02
1 362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Pirşağı qəsəbəsində yerləşən Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Sabunçu rayon 14 saylı köməkçi yardım stansiyasında xəstə baxıcısı işləyən qadının birinci həyat yoldaşı, 1979-cu il təvəllüdlü Abbas Hüseynov sərxoş vəziyyətdə və əlində bıçaq xəstəxanaya gəlib. O, keçmiş arvadını öldürmək istəyib.

Bu zaman stansiyanın həkimi, 1953-cü il təvəllüdlü Əflatun Yusifov araya girib və Abbas Hüseynovun bu əməlinin qarşısını almağa çalışıb.

Lakin Abbas Hüseynov sakitləşməyib və qadının əvəzinə həkimi ürək nahiyəsindən bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər