Teleqraf.com xəbər verir ki, iş adamı Səbail rayon Məhkəməsinə göndərdiyi şikayətində Aslan İsmayılovun Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilməsini istəyib.
Səbail rayon Məhkəməsi şikayəti icraata götürməkdən imtina edib. İş adamı qərardan apelyasiya şikayəti verib. Şikayət üzrə məhkəmə prosesi iyulun 11-də Bakı Apelyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun sədrliyi ilə keçiriləcək.
Tanımış vəkil Aslan İsmayılov mətbuata açıqlamasında iş adamı Mürvət Həsənlinini MTN-nin adamı kimi qələmə verib. İş adamı isə bunu böhtan adlandırıb.