18 İyul 2017 12:16
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində “Fiat” markalı avtomobildən 4.000 manat pul oğurlanması barədə Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rövşən Əşrəfov tutulub.


Müəllif: Hacı Zeynalov