Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsində yerləşən yaşayış binasının qarşısında otlaq sahəsində 7 ədəd sellofon paketə qablaşdırımış müxtəlif növ ərzaq məhsulları, spirtli içkilər, siqaret və 1 ədəd videomüşahidə qurğusuna məxsus DVR aşkar ediblər.
Bununla bağlı 13-cü polis bölməsinə məlumat verilib.
Bölmədə aparılan araşdırmalar zamanı müəyyən edilib ki, aşkar olunmuş məhsulların dəyəri 1400 manat məbləğindədir və qeyd olunan ünvanda yerləşən marketdən oğurlanıb.
Polis oğurluğu törədən şəxsləri axtarır.
Faktla bağlı araşdırma aparılır.