21 İyul 2017 12:20
812

81 yaşlı atasını amansızlıqla öldürən şəxsin məhkəməsi başlayıb. Qeyd edək ki, təqsirləndirilən İlyas Mehdiyev atasının üstünə benzin tökərək yandırıb.

Teleqraf.com-un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. İlyas Mehdiyev məhkəmədə özünü təqsirli bildiyini, atasını öldürdüyünü etiraf edib.

Məhkəmənin baxış iclası iyulun 24-nə təyin edilib.

Hadisə bu il yanvarın 31-də baş verib. Mərhum İmdad Mehdiyevlə oğlu İlyas Mehdiyev ailə münaqişəsi zəminində mübahisə ediblər. Sonda İlyas Mehdiyev atasının üstünə benzin tökərək, onu yandırıb.

İlkin məlumata görə, cinayəti törədən 31 yaşlı İlyas Mehdiyev içkili olub. O, atasından pul tələb edib. Pulu olmadığını deyən ahıl kişi ilə oğul arasında davası düşüb. Sonda da dəhşətli qətl baş verib.

Qeyd edək ki, İlyas Mehdiyev Cinayət Məcəlləsinin 120.2.2. (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə təqdirli bilinir.


Müəllif: Hacı Zeynalov