Teleqraf.com xəbər verir ki, Memar Əcəmi metrostasiyası yaxınlığındakı parkda 24 yaşlı Məhəmməd İsmayılov bıçaqlanıb.
O, bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Məhəmməd İsmayılov parkda tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Hadisə ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinə məlumat verilib.
Polis cinayəti törədən şəxsin tutulması üçün əməliyyat tədbirləri görür.
Faktla bağlı cinayət işi başlanıb.