Teleqraf.com xəbər verir ki, rayon ərazisində evlərdən birindən 5500 manat dəyərində qızıl əşyaları oğurlanıb.
Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Babək Əsgərov tutulub.