Teleqraf.com xəbər verir ki, rayon ərazisində evlərdən birindən 3150 manat dəyərində qızıl və geyim əşyaları oğurlanması barədə Göyçay rayon polis şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Çingiz Məmmədov tutulub.
Çingiz Məmmədovun əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.