21 Avqust 2017 11:47
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində 81 yaşlı Rəhilə Quliyevanı 42 yaşlı qızı Günəş Quliyeva döyüb.

Teleqraf.com xəbər verir ki, qız daha sonra yaşlı anasının başından stəkanla vuraraq, ona xəsarət yetirib.

Rəhilə Quliyeva 3 saylı Sabunçu şəhər xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Məlumata görə, Rəhilə Quliyeva qızı ilə yemək üstündə mübahisə edib. Ana yemək istəsə də, qızı ona yemək verməyib.

Ana-qız arasında əvvəlcə mübahisə, sonra da dava baş verib.

Faktla bağlı Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər