Sumqayıt şəhərində əcnəbiyə qarşı cinayət törədilib.
Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində oğurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Vladislav İsmayılov tutulub.
O, avqustun 10-da əcnəbi vətəndaşa məxsus içərisində 100 manat pul, qızıl əşyalar, mobil telefon və eynək olan çantanı oğurlamaqda şübhəli bilinib.
Faktla bağlı cinayət işi başlanıb.