Bakının Yasamal rayonunda quldurluq baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Z.Xəlilov küçəsində 3 naməlum şəxs Bakı şəhər sakini Ceyhun Xəlilbəylini döyüb.
Onlar Ceyhunu bıçaqla hədələyib və 1000 manatını alıblar.
Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Vaqif Əliyev, Fərid İbrahimov və Abşeron rayon sakini Ruslan Ardatyev tutulublar.