10:28
Bakının Nizami rayonu ərazisində qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Bəxtiyar Məmmədov həyat yoldaşı, 1991-ci il təvəllüdlü Zülfiyyə Mərifovanı boğaraq öldürüb.
Hadisə qısqanclıq zəminində baş verib.
Polis və prokurorluq əməkdaşları tərəfindən hadisəni törədən Bəxtiyar Məmmədov həbs edilib.
Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
***
Bəxtiyar Məmmədovun polisə verdiyi ifadədən sonra qətlin səbəbi məlum olub. O, arvadının mobil telefonunda masaj salonunda çəkilmiş fotoları görüb, bundan sonra aralarında mübahisə yaranıb. Nəticədə B.Məmmədov həyat yoldaşını boğaraq öldürüb.
İstintaq araşdırması zamanı müəyyən edilib ki, Z. Mərifova ərinə çörək sexində işlədiyini desə də, onun masaj salonunda işlədiyi üzə çıxıb.
B. Məmmədov isə həyat yoldaşının harada işləməsindən xəbərsiz olduğunu bildirib.
Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə zəruri-istintaq hərəkətləri davam etdirilir.