8 Sentyabr 2017 10:07
2 976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxı şəhərində bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Şəhriyar qəsəbə sakini, 1978-ci il təvəllüdlü Laçın Xeyrullayev bıçaqlanıb.

O, döş qəfəsi və qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Ona tibbi yardın göstərilib.

Məlum olub ki, Laçın Xeyrullayevi Şamaxı şəhərində baş verən dava zamanı qonşusu, 35 yaşlı Anar Qarayev bıçaqlayıb. O, polis tərəfindən şübhəli şəxs qismində saxlanılib.

Anar Qarayev istintaqa verdiyi ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini etiraf edib. Bildirilir ki, Laçın Xeyrullayev qonşuluqda olan Anarın qohumlarından birinə sataşıb. Buna görə də onların arasında dava olub. Qonuşların davası sonda qanlı olayla nəticələnib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər