15 Sentyabr 2017 10:09
992
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucov barəsində olan cinayət işi üzrə istintaq yekunlaşıb və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Əziz Orucovun vəkili Cavad Cavadlı bildirib.

İş yaxın günlərdə icraata veriləcək.

Əziz Orucov barəsində Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunur.

Əziz Orucovun barəsində bu ilin iyulun 1-də cinayət işi başlanıb. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlər üzrə istintaq idarəsində araşdırılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər