Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, “Səmayə” şadlıq sarayı qarşısında 1999-cu il təvəllüdlü Elnur Köçərli bıçaqlanıb.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
Elnur Köçərlinin kimin tərəfindən bıçaqlandığı məlum deyil.
Hadisə ilə bağlı Abşeron rayon Polis İdarəsi məlumatlandırılıb. Elnur Köçərlinin bıçaqlayan şəxsin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat tədbirləri görülür.
Bildirilir ki, Elnur Köçərli qız üstündə mübahisə edib.
Faktla bağlı cinayət işi başlanıb.