Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Dadaş Bünyadzadə küçəsində yerləşən “Xəmirçi” kafesində 1999-cu il təvəllüdlü Vüqar Məmmədov bıçaqlanıb.
O, xəsarətlə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
İstintaqa ifadə verən zərərçəkmiş Vüqar Məmmədov bildirib ki, həmin kafedə ofisiant işləyib və kafenin digər işçisi ilə mübahisə edib.
Faktla bağlı cinayət işi başlanıb.