Bakının Qaradağ rayonunda gənclər arasında kütləvi dava zamanı iki nəfəri bıçaqlayan şəxs həbs edilib.
Teleqraf.com xəbər verir ki, rayonun Müşviqabad qəsəbəsində bir qrup gənc arasında mübahisə yaranıb.
Mübahisə sonda davaya çevrilib, 1992-ci il təvəllüdlü Emil Əhmədov və həmyaşıdı Rəvan Həsənov bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların hər ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Orxan Cəfərov Qaradağ Rayon Polis İdarəsi əməkdaşları tərəfindən tutulub.