Biləsuvar rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Biləsuvar rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq törətməkdə şübhəli bilinən Əliabad kənd sakini Bəhruz Rufullayev tutulub.
O, rayon ərazisindəki evlərdən birindən 2100 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinib.