8 Noyabr 2017 10:45
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda bıçaqlanma baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Göytəpə şəhərində Namiq İmanov mübahisə zəminində həmkəndlisi Siyasət Əhmədovu bıçaqlayıb.

Bıçaq xəsarəti alan Siyasət Əhmədov xəstəxanaya yerləşdirilib. Həkimlər onun bədəninin müxtəlif nahiyələrində 12 bıçaq xəsarəti aşkarlayıblar. Əməliyyatdan sonra onun vəziyyətinin ağır olduğu bildirilir.

Polis əməkdaşları tərəfindən cinayəti törədən Namiq İmanov həbs edilib. O, istintaqa verdiyi ifadəsində törətdiyi əməli etiraf edib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər