10 Noyabr 2017 12:15
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada 12 il həbs cəzası alan və sonradan Azərbaycana ekstradisiya edilən Qnyaz Quliyevin cəzasının Azərbaycan qanunveriliyi ilə tənzimlənməsi ilə bağlı Ədliyyə Nazirliyinin təqdimatına baxılıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə təqdimatla bağlı şikayət araşdırılıb.

Məlum olub ki, Qnyaz Quliyev Rusiyada oğurluq və digər cinayətlərdə təqsirli bilinib və 2006-cı ildə həbs edilib. Rusiya Məhkəməsi tərəfindən 12 il müddətə azadlıqdan məhrum edilib.

O bu il cəzasının bitməsinə 1 il qalmış Azərbaycana ekstradisiya edilib.

Məhkəmədə çıxış edən təqsirləndirilən şəxs cəzası böyük bir hissəsini çəkdiyini deyib.

Hakimlər kollegiyasının qərarını ilə Qnyaz Quliyev cəzasının qalan hissəsindən azad olunmaqla məhkəmə zalından azadlığa buraxılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər