Bakının Yasamal rayonunda üç ay əvvəl baş vermiş oğurluğun üstü açılıb.
Teleqraf.com xəbər verir ki, avqustun 20-də rayon ərazisindəki evlərdən birindən 10.000 manat dəyərində qızıl əşyalar oğurlaması barədə Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinə məlumat daxil olub.
Araşdırma zamanı oğurluğu törədən şəxsin kimliyi məlum olub. Bu, bir müddət əvvəl oğurluğa görə həbs edilən Rail Quliyevdir.
Bakı şəhər sakini Rail Quliyev Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən bu il sentyabrın 5-də tutulub. İttihama görə, o, iyulun 2-də rayon ərazisindəki evlərdən birindən 2000 manat pul və sənəd oğurlamaqda şübhəli bilinib.
Araşdırma zamanı Rail Quliyev Mehdiabad qəsəbəsində 15 evə girdiyi və ümumilikdə vətəndaşlara 30 min manatdan çox maddi ziyan vurduğu müəyyən edilib. O, avqustun 13-də Nəsimi rayonu ərazisində evdən 100 manat pul və noutbuk oğurlayıb.
Əvvəllər məhkumluq həyatı yaşayan 30 yaşlı Rail Quliyevin Biləcəri qəsəbəsində kirayədə qalırmış.
Faktla bağlı cinayət işi başlanıb.