Abşeron rayonunda oğurluqla məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri Telman Məmmədov, Fərid Sadıqov və Murad Səmədov tutulublar.
Onlar noyabrın 10-da rayon ərazisindəki evlərdən birinin həyətindən kombi, su mühərriki və 150 metr elektrik naqili oğurlamaqda şübhəli biliniblər.
Oğrular həmin gün daha 2 evin həyətindən su mühərriki və işıq generatoru aparıblar.