Bakıda mənzillərdən külli miqdarda pul və qızıl oğurlayan şəxsin saxlanılması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsi əməkdaşları oğurluqda şübhəli bilinən Vurğun Həsənovu tutublar.
Onun avqustun 5-də bir evdən 25 min manat dəyərində qızıl əşyalar oğurladığı müəyyən edilib.
Bunadan başqa, o, sentyabrın 18-də Yasamal rayon ərazisindəki evlərin birindən 1000 manat və 100 ABŞ dolları, habelə 25 min manat dəyərində qızıl əşyalar oğurladığı da üzə çıxıb.