24 Noyabr 2017 17:49
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanal 13 internet televiziyasının direktoru Əziz Orucov barəsində cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin müdafiəçisi Cavad Cavadov vəsatətlə çıxış edib.

O, hakimlərdən qanunun şərh olunması üçün Konstitusiya Məhkəməsinə müraciət etmələrini istəyib: “Cinayət Məcəlləsinin 192.1 maddəsində “dövlət qeydiyyatına alınmadan” ifadəsindən sonra mötərizədə “vergi uçotuna alınmadan” ifadəsi yazılıb. Yəni konkretləşdirilib ki, hansı fəaliyyət qanunsuz sahibkarlıq hesab olunur. Amma istintaq orqanı qrant vəsaitləri üzrə əməliyyatları qanunsuz sahibkarlıq kimi qələmə verib. Xahiş edirik, Konstitusiya Məhkəməsi qanunun bu maddəsini şərh eləsin”.

Daha bir vəsatət təqsirləndirilən jurnalistin qardaşı Anar Orucovun dindirilməsi haqda olub. Məhkəmə vəsatətləri təmin etməyib.

Daha sonra məhkəmə istintaqı başa çatdığı elan edilib və çıxış etmək üçün prokorora vaxt verilib.

Növbəti proses dekabrın 5-də davam edəcək.

Əziz Orucov barəsində Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunur.

Bu il iyulun 1-də onun barəsində cinayət işi başlanıb. İşi Baş Prokurorluğun Ağır Cinayətlər üzrə istintaq idarəsi araşdırıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər