25 Noyabr 2017 15:30
1 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda evlərdən oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, noyabr ayı ərzində rayon ərazisindəki 3 evdən geyim, qızıl və məişət əşyalarının oğurlanması barədə 1-ci polis bölməsinə məlumat daxil olub.

Keçirilən əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ceyhun Səfərov, Naxçıvanın Babək rayon sakinləri olan 2 yeniyetmə saxlanılıb.

Məlum olub ki, Ceyhun Səfərov əvvəllər məhkum olunub. Oğurluğa görə həbsxana həyatı yaşayan Ceyhun Səfərov azadlığa çıxandan sonra yenə də eyni əməlləri törətməyə başlayıb.

Bu dəfə o, əməllərinə iki yeniyetməni də cəlb edib. Yeniyetmələrdən evlərdə adam olub-olmamasını öyrənən keçmiş məhkum oğurluğa gedib. O, oğurluq əşyaları satandan sonra köməkçilərinə də pul verib.

Yeniyetmələr isə həmin pulları əyləncə mərkəzlərində xərcləyiblər.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər