28 Noyabr 2017 17:20
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı metrosunda cibgirliklə məşğul olan qadının daha bir cinayəti açıqlanıb.

Teleqraf.com xəbər verir ki, Bakı Baş Polis İdarəsi Metropolitendə polis şöbəsinin əməkdaşları tərəfindən oğurluq etməkdə şübhəli bilinən Əsmər Hüseynovanın ətrafında əməliyyat tədbirləri aparılıb.

Onun noyabrın 22-də metronun “Gənclik” stansiyasında Bakı şəhər sakini Səbinə Məhərrəmovanın cibindən mobil telefon oğurladığı müəyyən edilib.

Qeyd edək ki, noyabrın 24-də İmişli rayon sakini Orxan Əliyev və Bakı şəhər sakini Əsmər Səlimova metronun “28 May” və “Elmlər Akademiyası” stansiyalarında ciblərdən mobil telefon oğurlamaları barədə Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə polis şöbəsinə müraciət ediblər.

Həmin gün saat 20:10 radələrində “Elmlər Akademiyası” stansiyasında bir qadın “isti izlər”lə yaxalanaraq şübhəli şəxs qismində polis şöbəsinə gətirilib.

Araşdırmalarla onun Bakı şəhərində yaşayan Əsmər Hüseynova olduğu müəyyən edilib.

Üzərinə baxış keçirilərkən oğurladığı 2 ədəd mobil telefon - “İphone 5S” və “Lenova K5” aşkar olunaraq maddi sübut kimi götürülüb.

Saxlanılan şəxs telefonları cibgirlik yolu ilə götürdüyünü etiraf edib.

Maddi sübut kimi götürülmüş həmin mobil telefonların İmişli rayon sakini Orxan Əliyevə və Bakı şəhər sakini olan Əsmər Səlimovaya məxsus olduğu müəyyən edilib.

Saxlanılan şəxsdən əvvəl oğurladığı daha 2 ədəd mobil telefon da aşkar olunaraq götürülüb və onların sahiblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı Metropolitendə Polis Şöbəsində araşdırma aparılır. Əsmər Hüseynovanın digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər