6 Dekabr 2017 16:05
1 386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Azərbaycanda fəaliyyət göstərən “Amec Services Limited” şirkətinin baş mühasibi və maliyyə menecerinin müavini işləmiş Fuad Əfəndiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Fuad Əfəndiyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət işinin başlanmasına “Amec plc” şirkətinə məxsus üç şirkətin – Amec MMC, “AMEC Resources Limited” və “AMEC Services Limited” şirkətlərinin fəaliyyətləri dövründə qeyri-qanuni ödənişlərin aparılması barədə edilən müraciət səbəb olub.

İstintaq zamanı külli miqdarda pul vəsaitinin qanunsuz olaraq müxtəlif ölkələrdəki şirkətlərə köçürülməklə leqallaşdırıldığı məlum olub.

Fuad Əfəndiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) maddəsi ilə itiham edilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər