1 Avqust 2014 17:39
3 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Penitensiar xidmətin 11 saylı cəzaçəkmə müəssisəsinin rəis təyin olunub.

Bu barədə Teleqraf.com-a Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, ədliyyə nazirinin müavini, penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin əmri ilə 11 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsinin icrası ədliyyə polkovnik-leytenantı Mahir Yasəf oğlu Əliyevə həvalə edilib.

Ədliyyə polkovnik-leytenantı Mahir Əliyev 1986-cı ildən cəza-icra orqanlarında xidmət edir. 2011-ci ildən Penitensiar xidmətin 6 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini vəzifəsində çalışıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər